Təhsil Nazirliyi: etnik azlıqların təhsil aldığı məktəblərdə paralel reallıq var
Təhsil nazirinin müavini İrina Abuladze etnik azlıqların məskunlaşdığı regionların məktəblərində olan problemləri diqqətə yetirib. Abuladzenin sözlərinə görə belə məktəblərdə “paralel reallıq var”. Bu haqda o, təhsil üzrə ekspert və beynəlxalq təşkilatların nümayəndələri ilə imtahanların yeni modeli ilə bağlı baş tutan görüşdə deyib. Onun şərhini İnterpressnews agenliyi yayır.

İrina Abuladzenin sözlərinə görə, CAT-ın nəticələrini qiymətləndirsək kəsilənlərin 20-25%-lik göstəricisindən 20% milli azlıqların məktəblərinin şagirdlərinə düşür.

“Milli azlıqlar bölgəsində ayrı araşdırma aparmaq lazımdır. Çünki orada başqa, paralel reallıq var, başqa milli tədris planı təsis olunur, dərslikləri ümumiyyətlə yoxdur. CAT-ın nəticələrinə baxsanız görərsiniz ki, Tbilisidə kəsilənlər nədir ki, 20-25% ümumi kəsilənlərin 20%-ni milli azlıqların məktəbləri təşkil edir. 2011-ci ildən sonra nə etmişik? – 40 min tələbəmiz var ancaq heç yerdə yoxdular” - Abuladze deyib.

Abuladzenin izahatına görə, USAİD təhsilin qiymətləndirmə sisteminin dəyərləndirilməsini həyata keçirir və nəticələr 1 aya məlum olacaq.

Bu gün Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin rəhbəri Sopio Qorqadze təhsil üzrə ekspertlər və beynəlxalq təşkilat nümayəndələri ilə yeni imtahanlar modeli ilə bağlı görüş keçirib.

Mənbə: imedinews.ge
Print Email
FaceBook Twitter Google