Kvemo Kartlinin ictimai məktəblərində 8 vakansiya elan olunub.
Vakant yerlər müəllim vakansiyaları ilə bağlı veb-səhifədə
yayımlanıb. Əksər təhsil müəssisələri həkim və xüsusi müəllim
axtarır.
Marneuli bələdiyyəsinin Kəpənəkçi ictimai məktəbinə xüsusi müəllim
vakansiyası elan olunub.
- İş saatları həftədə 18 saat.
- Təxmini əməkhaqqı 350-450 laridir.
Sulxan-Saba Orbeliani adına Bolnisi şəhər 1 saylı ictimai məktəbi
xüsusi müəllim vəzifəsinə vakansiya elan edib.
- Təxmini əməkhaqqı 480 laridir.
Dmanisi bələdiyyəsinin Boslebi kənd ictimai məktəbi iki vakansiya
elan
edib.
Tətbiqi və təsviri incəsənət müəllimi.
- İş saatı - həftədə 18 saat.
- Təxmini əməkhaqqı ayda 600-700 lari.
Dmanisi bələdiyyəsinin Yağlıca kənd ictimai məktəbi həkim
vəzifəsinə vakansiya elan edib.
- İş saatı -48 saat.
- Təxmini əməkhaqqı 660-720 lari.
Tsalka bələdiyyəsinin Qumbati kənd ictimai məktəbi həkim vəzifəsinə
vakansiya elan edib.
- İş saatı həftədə 40 saat.
- Təxmini əməkhaqqı ayda 500-600 lari.
Tetritskaro bələdiyyəsinin Marabda kəndinin 9 qardaş Xerxeulidzelər
adına ictimai məktəbi xüsusi müəllim axtarır.
- İş saatı - həftədə 40 saat.
- Təxmin edilən əməkhaqqı 500-550 laridir.
Tetritskaro bələdiyyəsinin Kosalar kənd ictimai məktəbi xüsusi
müəllim vakansiyası elan edib.
- İş saatları - həftədə 40 saat.
- Təxmini əməkhaqqı ayda 400-600 lari.
Qeyd etmək lazımdır ki, məqalədə verilmiş vakansiyalar
qüvvədədir.