Samirə Bayramovaya mane olan şəxs bələdiyyə sədrinin gender məsələləri üzrə köməkçisi təyin olunub
Marneuli meriyasının əməkdaşı İrma Zarkua bələdiyyə merinin gender məsələləri üzrə köməkçisi təyin edilib.

O, ötən il Marneuli bazarında fəal Samirə Bayramovanın qarşısını kəsib, onu təhqir edib və “Evə-Avropaya” kampaniyası çərçivəsində vətəndaşlarla görüşmək istəyən əhali ilə ünsiyyətə mane olub.

“Netqazeti” Zarkuanın yuxarıda qeyd olunan vəzifəyə hansı kriteriyalarla seçildiyi ilə maraqlanıb. Marneuli merinin mətbuat xidmətinin nümayəndəsi bizimlə
danışanda görüşdə olduğunu və özü də bizimlə əlaqə saxlayacağını bildirdi.

İrma Zarkuanın özü də biz tərəfdən sual verdikdən sonra maşında oturduğunu, səsi yaxşı eşitmədiyini dedi və telefon zənglərinə cavab verə bilmədiyini və sonra zəng etməyimizi istədi.

Zarkuanın iştirak etdiyi hadisə ötən il iyulun 2-də baş verib. Marneuli meriyasının əməkdaşları İrma Zarkua və Rima Otaraşvili Samirə Bayramovanı təqib edərək qışqırıb, onu söyüb və Marneulidə kampaniyasını davam etdirə bilməyəcəyini bildiriblər.

Zarkua Bayramovaya qışqırırdı: “Ərazidən çıxın və görüşü başqa şəhərdə davam etdirin, burada davam edə bilməzsiniz”.

İrma Zarkua Samirə Bayramovanın arxasınca düşüb və ona açıq şəkildə hərəkət etməsinə icazə verməyəcəyini bildirib.

Zarkua da qışqırırdı ki, Bayramova “xristian xaçının üstündən xətt çəkdi” - bu, doğru deyil.

Bir neçə həftə əvvəl Samirə Bayramova zorakı, rusiyapərəst “Alt-İnfo” partiyasının Marneulidəki ofisinin üzərinə qırmızı boya səpmişdi. Sözügedən partiyanın loqosunun bir hissəsi xaç şəklidir. Zarkua onu xaç hesab edirdi, boya tökmək isə onun fikrincə xaça qarşı təhqir idi.

Samirə Bayramova Zarkuaya xaçın üstündən xətt çəkmədiyini, “Rusiyadan maliyyələşən partiya” olduğunu izah etməyə çalışıb.

“Nə deyirsən, səni də kimsə maliyyələşdirir, elə deyilmi?”
, - deyə Zarkua Bayramovaya cavab verib və onun üstünə qışqırmağa davam edib. Daha sonra o, sosial şəbəkədə fəalı təhqir etməyə davam edib.

“Radio Marneuli”nin məlumatına görə, hadisə baş verən dövrdə İrma Zarkua meriyanın ödəniş şöbəsinin üçüncü kateqoriyasının baş mütəxəssisi işləyib. O, bu vəzifəni 2021-ci ilin iyul ayından tutub.

Zarkua bu həftə şəxsi Facebook səhifəsində şəhər merinin gender məsələləri üzrə köməkçisi təyin olunduğu barədə məlumat yayıb.

Samirə Bayramovanın sözlərinə görə, yeni vəzifəyə təyinat “yəqin ki, iyul ayında bazarın ərazisində təşkil etdiyi tamaşanın mükafatı olub”.

“Sistem özünü belə aparır: daha radikal, zorakılıq edən və insan hüquqlarını pozanlar, bütün dəyərlərdən və vətənpərvərlikdən uzaq olanlar bütün yerli özünüidarə orqanlarında irəli çəkilir. Təəssüf ki, demokratik ölkədə belə hallara rast gəlirik”,
- deyə vətəndaş fəalı “Netgazet”ə bildirib.

“Belə bir insanın gender məsələlərinə və ictimai fəaliyyətə hansı töhfələr verə biləcəyini bilmirəm”,
- deyə o əlavə edib.
Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google