Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramovanın
yaşadığı məzilin qapısına naməlum şəxslər xaç və Rusiya bayrağının
şəkilini çəkiblər.
Bu barədə məlumatı Bayramova sosial media hesabında paylaşıb.
Bayramova sosial şəbəkədə yazıb ki, onun evinin divarına Rusiya
bayrağı çəkiblər, qapıdakı loqolar göy rəngə boyanıb və xaç
çəkilib.
“Bilmirəm nə yazım, səhər tezdən günümü korlamaq
istəmirdim, səhər tezdən evdən idman etmək üçün çıxırdım və yarı
yuxulu nə baş verdiyini tam başa düşmədim. Belə hadisə ilə
qarşılaşdım. Axmaqlar, bu bayrağı ürəyinizdə daşıyın. Dini bu
şəkildə təhqir etmək ən az mədəniyyətsizlik və
qeyri-humanistlikdir. Sizin üçün isə bu manipulyasiya silahıdır.
Heç bir dinin rəmzi mənə mane olmur. “Evə, Avropaya doğru” və Qadın
Gücünün simvollarını qapıya vurmuşdum, boyayıblar. Bayrağın yerində
isə “Avqust müharibəsini unutma” loqosu var idi. Onu da
oğurlayıblar yoxsa bilmirən nə ediblər. Marneulidən Tbilisiyə
təhlükəsizlik məqsədi ilə köçdüm, evim mənim üçün özümü mühafizədə
və gözəl hiss etdiyim yeganə yer idi. Bu gün, 35 yaşımı belə təbrik
ediblər! Daxili İşlər Nazirliyi, siz zorakıları gizləməyə və
dəstəkləməyə davam edin!” – Samirə Bayramova
“Facebook” səhifəsində yazır.
"Matneulii" radiosu Daxili İşlər Nazirliyi ilə əlaqə saxladı.
DİN-dən məlumat aldığımızda xəbər yenilənəcək.
Samirə Bayramova Marneulili mülki fəal və hüquq müdafiəçisidir. O,
bir il əvvəl Marneulidə "Alt-İnfonun" partiya ofisinin açılmasına
etiraz etmişdi, Avropa İttifaqı və Ukrayna bayraqlarını çəkmişdi.
Bu isə Alt-İnfo tərəfindən hədələrə səbəb olmuşdu.