Meriya sahibsiz itlər üçün sığınacaq tenderini elan edənə qədər Marneulidə it daha bir nəfəri dişlədi
18:10 / 26.04.2018
25 aprel tarixində təqribən saat 18:00 radələrində Marneulidə “Çay
Evinin” ərazisində 1 nəfəri it dişləyib.
O, Marneuli-Bakı marşrutu üzrə sərnişin avtobusunda çalışır. İt
dişləyəndən sonra zərər çəkən şəxs tibbi müəssisəyə müraciət edərək
peyvənd vurdurub. Marneulidə sahibsiz itlər problemi uzun zamandır
ki, mövcuddur. Günün hər hansı hissəsində küçələrdə çoxlu sayda
sahibsiz it görə bilərsiniz.
Biz bu gün həmin ərazidə olduq və itin hücumuna məruz qaldıq. Bizi
itlə bizim aramızda olan dəmir barmaqlar qoruyurdu. Həmin ərazidə
olan sakinlər və sürücülər itin təhlükəli olduğunu dedilər və
bildirdilər ki, itdə ola bilsin quduzluq olsun. Sakinlər onu da
əlavə etdilər ki, zərər çəkən vətəndaş nəqliyyat avtobusu üçün
Alget çayından su gətirməyə gedirmiş. Həmin vaxt itin hücumuna
məruz qalıb və xəsarət alıb. "Çay Evi"nin ərazisində olan
mühafizəçi bildirdi ki, hər kəs bu ərazidən istifadə edir. İndi
onlar buradan istifadə etməsinlər deyə onlara xəbardarlıq edirlər.
Amma bəzən sakinlər onların sözlərini dinləmirlər.
Meriya mövcud problemin həllini necə planlaşdırmağı nəzərdə tutur.
Marneuli meriyasından bildirirlər ki, sahibsiz itlər məsələsi
üzərində çalışmalar gedir, bunun üçün meriya büdcədən 20 000 lari
dəyərində məbləğ ayırıb. Tender elan etməyi isə yaxın günlərdə
planlaşdırırlar.
Marneulidə itlər üçün sığınacaq yoxdur. Marneuli meriyası isə
itlərin sığınacaq xidməti üçün 2017-ci ilin sentyabrında tender
elan edibmiş. Tenderdə yalnız bir fərdi sahibkar, Giorgi
Mağlaperidze iştirak edib. Tenderin dəyəri 12 700 larini təşkil
edib. İtlər Ozurgetinin sığınacağına aparılıb, ancaq Mağlaperidze
bizimlə söhbət zamanı bildirir ki, tenderdə nəzərdə tutulduğu qədər
itlərin tam sayını apara bilməyib.