Paskal Menie - sevinirəm ki, Birinci Kanal "Rəngərəng Gürcüstan" layihəsinin əsasını qoydu
22:37 / 03.05.2018
Birinci Kanal milli azlıqların nümayəndələrinə hiss etdirəcək ki,
onlar bu ölkənin hisəsidirlər, – Fransanın Gürcüstandakı səfiri,
Paskal Menie Birinci Kanalın yeni layihəsi “Rəngərəng Gürcüstan”-ın
təqdimatında bəyan etdi.
Səfirin qeyd etdiyinə görə, Birinci Kanalın vasitəsi ilə milli
azlıqların nümayəndələri məlumatı öz dillərində alacaqlar.
“Sevinirəm ki, Birinci Kanal “Rəngərəng Gürcüstan” layihəsinin
əsasını qoydu. Sevinirəm ki, təqdimat azad mətbuat günü baş verdi.
Bu bir daha onu qeyd edir ki, birlik rəngarənglikdədir. Mən
Gürcüstanın bölgələrində idim. Burada əhali dil həddinə görə özünü
Tbilisidən təcrid olunmuş hiss edir. İndi onlar məlumatı öz
dillərində alacaqlar. Birinci Kanal milli azlıqların
nümayəndələrinə hiss etdirəcək ki, onlar bu ölkənin
hisəsidirlər.
Birinci Kanal “Rəngərəng Gürcüstan” layihəsinin təqdimatını
keçirdi.