VIDEO - Tbilisidə qanlı hesablaşma – Verada 4 gənci yaralayıblar
11:25 / 14.12.2018
Tbilisidə qanlı hesablaşma nəticəsində dörd
gənc yaralanıb.Hadisə gecə saatlarında Verada, Tatişvili
küçəsindəki bir klub yaxınlığında baş verib.
Əldə olunan məlumata görə, münaqişə ilk öncə klubda başlayıb, daha
sonra isə çöldə silahlı qarşıdurmaya çevrilib.
Hadisənin səbəbləri hələlik məlum deyil. Yaralılardan üç nəfəri
Ğuduşauri klinikasına aparılıb, onlardan ikisi təcili əməliyyat
olunub. Gənclərdən biri isə Aladişvili klinikasına yerləşdirilib
ki, onun da cərrahiyyə əməliyyatına ehtiyacı olub.
Hadisə ilə bağlı sağlamlığa qəsdən ağır ziyan vurma maddəsi ilə
istintaq başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə şübhəli
bilinən şəxs salanılıb.