"Nifrət dili ilə mübarizədə gənclərin və mülki sektorun rolu mühümdür"

“Ayrı-seçkilik və nifrət dilinə yox” – bu mövzuda 14 dekabrda Marneulidə Avropa Şurasının nümayəndəliyinin təşəbbüsü və Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin təşkilatçılığı ilə görüş keçirilib.


Bizimlə söhbət zamanı Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin nümayəndəsi Mariam Qvidiani izah edir ki, əhalidə maarifləndirmə səviyyəsinin artırılması vacibdir.

"Düşünürük ki, bu məsələ ilə bağlı maarifləndirmənin artırılması çox vacibdir. Xalq müdafiəçisinin dəyərləndirmələrinə görə də, diskriminasiya özü və diskriminasiya əsasında törədilmiş cinayətlər bu gün böyük problemlərdən biridir. Bu halda da qadınlar, uşaqlar, məhdud fiziki imkanlı şəxslər çox həssas qrup təşkil edirlər və bu günkü görüş də məhz maarifləndimənin artırılmasına xidmət edirdi" - Mariam Qvidiani bildirdi.

“Nifrətin dili ilə mübarizədə gənclərin və vətəndaş cəmiyyətinin rolu vacibdir” – deyir Nino Qobronidze. Avropa Şurası ofisinin Gürcüstandakı layihəsinin baş ofisseri deyir ki, görüşün məqsədi ayrı seçkiliklə, nifrətin dili ilə və nifrət motivi daşıyan cinayətlərlə mübarizədir.

"Bu halda əsas hədəfimiz mülki sektorun nümayəndələri və tələbələr idi. Sevinc hissi ilə demək istəyirəm ki, görüşdə çox fəal iştirak edirlər. Bu da bir daha onu göstərir ki, nifrət dili problemli məsələdir. Nifrət dili ilə necə mübarizə aparılması barədə söhbətlər çox mühümdür" - Nino Qobronidze bildirdi.

Bugünkü görüşdə QHT nümayəndələri, tələbələr və mülki aktivistlər iştirak edirdi.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google