Avropa Komissiyası Gürcüstana xəbərdarlıq edib: “Xarici agentlər” haqqında qanun qəbuledilməzdir
“Xarici agentlər” haqqında qanun layihəsi qəbuledilməzdir və Gürcüstanın qarşısında Avropa İttifaqına üzvlük üçün maneə olacaq, lakin vəziyyəti dəyişmək üçün hələ vaxt var.

Bunu Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman Tbilisidə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə deyib.

“Qanunvericilikdə narahatedici dəyişikliklər var, bu formada ikinci oxunuşda qəbul edilən şəffaflıq qanunu qəbuledilməzdir və Aİ-yə daxil olmaq üçün ciddi maneələr yaradacaq”,
- Kupman bildirib.

AK rəsmisi qeyd edib ki, geri addım atmaq üçün hələ vaxt var: "Tövsiyələrimizi sentyabrda yekunlaşdırıb, oktyabr və noyabrda hesabatımızı təqdim edəcəyik. Ona görə də hələ vaxt var. Amma qərar hökümətindir".

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya
qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google