İşğalçı rejim Maya Otinaşvili və Akaki Dotiaşvilini azadlığa buraxıb
16:36 / 09.10.2018
İşğalçı rejim tərəfindən saxlanılmış Gürcüstan vətəndaşları Maya
Otinaşvili və Akaki Dotiaşvilini azadlığa buraxılıb.
Bu haqda “İnterpresnyus”a Gürcüstan Dövlət Təhlükəsizlik
Xidmətindən bildiriblər.
Hər iki vətəndaş Gürcüstan hakimiyyətinə təhvil verilib.
Maya Otinaşvili 29 sentyabr, Akaki Dotiaşvili isə 6 oktyabr
tarixində “dövlət sərhəd rejimini pozma” ittihamı ilə
saxlanılmışdı.
Qondarma məhkəmə Otinaşviliyə 1 il müddətinə şərti azadlıqdan
məhrum etmə və 6 ay sınaq müddətinə həbs cəzası verib, Dotiaşvili
isə cərimə ödədikdən sonra azadlığa buraxılıb.