Qori patrul polis ekipajının üzvləri aksiya iştirakçılarını
cərimələyib.
Bunun səbəbi isə Qori meriyasının binası qarşısına peyin və
toxumların atılması olub.
Cərimə protokollarının tərtib olunmasına qədər kiçik hadisə baş
verib.
Qori meriyasının hüquqi xidmət nümayəndələri Temur Manvelişvili
zibil vedrəsini götürüb və zibili aksiya iştirakçılarının başına
töküb.
Etiraz aksiyasının iştirakçıları onların üzvünü fiziki təhqir edən
şəxsin də cəzalandırılmasını tələb ediblər.
Biraz sonra gənclər qrupu meriya binasının qarşısına peyin
aparıblar və binanın pilləkanlarına töküblər.
Aksiya təşkilatçıları Kote Tavzaraşvilinin istefasını və onlardan
üzr istəməsini tələb edirlər. İş 2 gün əvvəl qaçqın məntəqəsində
edilmiş bəyanata aiddir.
Orada Qorinin meri Konstantine Tavzaraşvili müharibənin
başlamasında gürcü tərəfini günahlandırıb.