Xəbərlər
Hidrosefaliya xəstəliyindən əziyyət çəkən uşağın yalnız yanvara qədər dərmanları var

Yuxarı Saral kəndində yaşayan 38 yaşlı Rizvan Yusubovun ikiyaşlı övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Azyaşlı uşaq bu günə qədər xəstəliyinə görə, 10-a yaxın cərrahiyyə əməliyyatı olunub.

Hal-hazırda uşaq ailəsi tərəfindən ev şəraitində müalicə alır. Rizvanın ailəsi beş nəfərdən ibarətdir və onlar bir otaqlı evdə yaşayırlar.

Onlar aztəminatlı ailə oldularına görə, dövlət tərəfindən 280 lari yardım alırlar. Rizvan işsizdir. O, aldığı sosial yardımla xəstə uşağının dərman preparatlarını qarşılaya bilmədiyini deyir. Buna görə də dəfələrlə aidiyyəti orqanlara, yerli hakimiyyətə, millət vəkillərinə müraciət etdiyini bildirir. Deyir ki, ona sadəcə birdəfəlik yardım göstərilib. Bunun isə yetərli olmadığını bildirir.

Yusubovun sözlərinə görə, o, 21 noyabr tarixində Tiblisidə yerləşən “Gürcü Arzusunun” baş ofisinə gedərək yardım istəyib.

İkiyaşlı uşağın anası Cəlilova Sitarə deyir ki, aldığı yardımla uşağın yeməyini ancaq qarşılayırlar və dərman preparatlarını almağa imkanları çatmır.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirir ki, Yusubova hər cür köməklik göstərilib. Hətta öz şəxsi maaşından ona kömək də edib.

Ailənin dediyinə görə, uşağın əməlyyat olunması üçün hər dəfə 4-5 min lari xərcləri çıxır və yalnız bir dəfə əməliyyat üçün dövlətdən onlara yardım göstərilib.




| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Qoç
- Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər
mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə
rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının
nümayəndələri ilə təmaslarda diqqətli olun.
11:23 / 16.02.2019
Qoç - Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun.
Sloveniyanın
parlament üzvü idarəçi komandadan vəzifəsindən istefa edib. Səbəb
isə sendviç oğurlamasıdır.
19:04 / 15.02.2019
Sloveniyanın parlament üzvü idarəçi komandadan vəzifəsindən istefa edib. Səbəb isə sendviç oğurlamasıdır.
Avropalı
Gürcüstanın üzvü Zurab Ciaberaşvili TBC Bankla bağlı hadisələri
Bidzina İvanişviliyə bağlayır.
18:53 / 15.02.2019
Avropalı Gürcüstanın üzvü Zurab Ciaberaşvili TBC Bankla bağlı hadisələri Bidzina İvanişviliyə bağlayır.
Marneuli
meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan
edib.
17:33 / 15.02.2019
Marneuli meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan edib.
Yenidən formalaşdırılmasının növbəti mərhələsi
nəticəsində prezident administrasiyasından 61 nəfər əməkdaş işdən
azad edilib.
16:38 / 15.02.2019
Yenidən formalaşdırılmasının növbəti mərhələsi nəticəsində prezident administrasiyasından 61 nəfər əməkdaş işdən azad edilib.
Paytaxtın meri
Kaxa Kaladzenin bəyanatına görə Tbilisi üçün 18 metrlik
avtobusların alınması planlaşdırılır.
16:15 / 15.02.2019
Paytaxtın meri Kaxa Kaladzenin bəyanatına görə Tbilisi üçün 18 metrlik avtobusların alınması planlaşdırılır.
Fevralın 9-da 30
yaşlı qadını evlənmək məqsədi ilə 31 yaşlı kişi Azadlıq küçəsindən
qaçırıb.
15:54 / 15.02.2019
Fevralın 9-da 30 yaşlı qadını evlənmək məqsədi ilə 31 yaşlı kişi Azadlıq küçəsindən qaçırıb.
Bir
neçə aylıq pişik balası sahibinin gödəkçəsinin cibindən çıxmaq
istəmir.
15:28 / 15.02.2019
Bir neçə aylıq pişik balası sahibinin gödəkçəsinin cibindən çıxmaq istəmir.