Kiyevdə qanuni oğru Nurki “Qalski” saxlanılıb
Kiyevdə hüquq mühafizəçiləri qanuni oğru Nukri “Qalski”ni saxlayaraq deportasiya ediblər. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Kiyev polisinin verdiyi məlumata görə, "Gürcüstan vətəndaşı cinayətkar qrupları idarə etməyi və digər cinayətkar qruplaşmalar ilə birliktə yeni cinayətlər törətməyi planlaşdırırmış. 2019-cu ilədək ölkəyə girişi qadağan olan cinayətkar Kiyevin Şevçenkovski rayonunda hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 1987-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Ukraynaya sərhədi qeyri-qanuni yollarla keçərək gedib", – Ukrayna polisi bildirib.

Hüqüq-mühafizə orqanlarının verdiyi məlumata görə, Nukri “Qalski” üç həftə ərzində ələqələr yaradıb və topdansatış bazarı və mənzilləri qarət edən qruplara nəzarət etməyi planlaşdırırmış. O, qanuni oğruların yığıncağında cinayətkar sahənin yüksək təbəqəli nümayəndələri ilə görüşürmüş.

Mənbə: İnterPressNews

Print