12 dekabr üçün ulduz falı
Qoç - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Günün ikinci yarısında yeni sifariş ola bilər.

Buğa - situasiya sizdən ani reaksiya, qərarların sürətlə qəbul olunmasını tələb edir. Uğur qazanmaq üçün yeni şərtlərə uyğunlaşmaq labüddür. Adi günlərdən fərqli olaraq daha çevik davranmalı, süstlük və ətaləti bilmərrə unutmalısınız.

Əkizlər - günün ilk yarısında fəal ünsiyyət və yeni əlaqələrin yaradılması işlərinizi əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Bütün diqqəti özünüzə cəlb etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin köməyə və yaxşı məsləhətə ehtiyacı var.

Xərçəng - günün ilk yarısında kommunikasiya, mübadilə, informasiyanın alınması ilə bağlı cəhdlər uğurlu olacaq. İşgüzar müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə maraqlarınızı tam təmin edin. Bunun üçün əlahiddə səylərə heç bir lüzum yoxdur. Subaysınızsa, internetdəki tanışlığa çox bel bağlamayın.

Şir - günün ilk yarısı ən mürəkkəb işlərin başa çatdırılması üçün münasib zamandır. Peşəkar fəaliyyətiniz daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa, yaxşı nəticələr əldə edəcəksiniz. Dəvət aldığınız yerə yollansanız, maraqlı xəbərlər eşidəcəksiniz. Axşam saatlarını dəyərləndirdiyiniz insanlarla birgə istirahətə həsr edin.

Qız - işdə rəhbərliklə danışmaq, problemləri müzakirə etmək üçün günün ilk yarısı daha əlverişlidir. Təşəbbüskar olsanız, dəstək və yardım alacaqsınız. İşgüzar danışıq, görüş uğurlu olacaq. Sözləriniz eşidiləcək. Günün ikinci yarısında vəziyyət sizdən trivial olmayan qərarlar tələb edir. Problemlərin həllində çevik və mütəhərrik olun.

Tərəzi - fikir və mövqelərinizi yaxın ətrafınızdakı insanlardan gizlətməyin. Bu minvalla yeni əlaqələr yaratmaqla yanaşı, mövcud təmasları möhkəmləndirə bilərsiniz. Sizi daha çox maraqlandıran sahə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın. Günün ikinci yarısında peşəkar fəaliyyət bacarıqlarınızı artırın. Qiymətli təcrübə əldə etmək, yeniliyi əxz etmək imkanları var.

Əqrəb - problemlərin çözümündə məntiqli, amma sürətli davranın. Kommunikativ təcrübənizdən yararlanın. Məqsədə çatmaq üçün bu gün ən adi söhbətdən də yararlana bilərsiniz. Nəzakətli olun, rişxənd və iradlara yol verməyin. Günün ikinci yarısında zarafat ən ağır situasiyanı yüngülləşdirə bilər.

Oxatan - günün ilk yarısında məhsuldar çalışa bilərsiniz. İşlərin öhdəsindən gəlməyə can atın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə yol verməyin. İşgüzar danışıqlarda isə səmimi olmağa can atın. Saatlar keçdikcə maliyyə imkanları artır. Yaxın ətrafınızdakı insanların qayğılarından hali olun.

Oğlaq - karyeranızın inkişafı yaxın ətrafınızdakı insanlarla dil tapmaq və danışıqlarda məntiqli davranmağınızdan asılıdır. Bilikli, təcrübəli insan təsiri bağışlamaq istəyirsinizsə, ünsiyyətdə səmimi olun. Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə can atın. Günün ikinci yarısında uğur istisna deyil. Sənədləşdirmə və hesablamalarda diqqətli olun.

Dolça - günün ilk yarısından müsbət enerjili olun. Belədə istənilən ağır situasiyadan çıxış yolu tapa bilərsiniz. İşlərin yerinə yetirilməsi prosesində ciddi maneələr olmayacaq. Test və ya söhbətlərdə bacarıqlarınızı aşkarlamağa çalışın.

Balıqlar - günün ilk yarısı işgüzar tərəfdaşlar, həmkarlar və işdə rəhbərliklə müzakirələr üçün əlverişlidir. Mövqeyinizi qoruyun, arqumentlərinizi unutmayın. Qəbul edilmiş oyun qaydalarına riayət edin. Danışmaqla yanaşı, dinləməyi də bacarın.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google