VİDEO - “Mən çirkin təxribatın qurbanıyam” – qeyri-insani rəftar faktı ilə bağlı ittiham olunan Marneulinin keçmiş meri azad olunub
Alçaldıcı və qeyri-insani rəftar ittihamı ilə mühakimə olunan Marneulinin keçmiş meri Temur Abazov həbsdən azad edilib. Altı aylıq həbsdən sonra onu bu gün Rustavi məhkəməsi azad edib.

“Gürcü Arzusunun” dövlət məmuruna həbs cəzasını hakim 10 min larilik girov qarşılığında dəyişib.

Abazov ittihamı qəbul etmir və deyir ki, bu ona qarşı planlaşdırılmış təxribat olub və indi artıq o, planlaşdırır ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etsin.

"Mən çirkin təxribatın qurbanıyam. Çünki şahidlərdən biri bildirib ki, o, ailəni söyməklə və təhqir etməklə Milli Hərəkata keçmək istəyirmiş. Bu adam real olaraq "Gürcü Arzusunun" nümayəndəsi idi. Mən məhbus olmamışam, ittiham olunan şəxs idim. Mən böhtana görə şikayət edəcəm. Çünki mənim ailəm təsəvvür edilməz dərəcədə təhqir olunub”
– Abazov deyir.

Mənbə: rustavi2

Print ელ. ფოსტა
FaceBook Twitter Google