"VMH"-ın ofisində qadın dünyasını dəyişib
Tbilisidə Milli Hərəkatın ofisinə kömək istəmək üçün gedən qadın dünyasını dəyişib. TV Pirvelinin facebook səhifəsinin canlı yayımında Milli Hərəkatın üzvü Levan Xabeişvilinin bildirdiyinə görə qadın müəyyən sənədlərlə gedibmiş güman ki, yardım istəyirmiş.

Mühafizə xidməti onunla danışan zaman qadın oturmaq istəyib və bundan sonra bir neçə dəqiqəyə dünyasını dəyişib. Patrul ekipajı və təcili yardım çağırılıb. Bu dəqiqələrdə ofis bağlanıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google