Zurabişvilinin and içmə mərasiminə kim gəlir
Xarici İşlər Nazirinin müavini Xatuna Totladze
Gürcüstanın beşinci prezidentinin and işmə mərasimində iştirak
edəcək xarici qonaqların adını çəkib.
XİN-in məlumatına görə bugünkü göstəricilərlə
and işmə mərasimində Ermənistanın prezidenti Armen Sarkisiyan,
Fransanın keçmiş prezidenti Nikola Sarkozi, Fransanın keçmiş
Müdafiə və keçmiş sosial işlər üzrə naziri, Türkiyənin baş naziri,
Azərbaycan Respublikasının katibi, Serbiya Milli Assambleyasının
katibi, Çexiyanın Senat prezidenti, Litva Seymin katibi, Polşa
Seyminin marşalı və prezident dəftərxanasının rəhbəri, Moldovanın
baş naziri, Türkmənistanın ticarət və xarici iqtisadiyyay əlaqələri
üzrə naziri, Birləşmiş Ərəb Əmirliklərinin klimat dəyişiklikləri və
ətraf mühit üzrə naziri, Belarusiyanın milli assambleya şurasının
sədr müavini, İsraelin Knesetin katibinin müavini və Xarici İşlər
nazirinin birinci müavini, Suam-ın Baş katibi, Ukraynanın Xarici
İşlər nazirinin müavini, Qırğızıstanın xarici işlər nazirinin
müavini, ABŞ-dan isə USAİD-in nümayəndəsi.
"Gürcüstan bizim dostlarımıza və tərəfdaşlarımıza
Gürcüstana qonaq gəldikləri üçün təşəkkür edir. Gürcüstanın beşinci
prezidentinim and işmə mərasimində olduqca yüksək nümayəndəlik
Gürcüstanın beynəlxalq dostluqlarda olan rolunu qeyd edəcək və
gələcəkdə də əlaqələrimizin daha da dərinləşdirilməsi üçün
əməkdaşlığa davam etməyimiz üçün hazır olduqlarını
bildirəcəklər" - bildirib Xatuna Totladze və qeyd
edib ki, and işmə mərasiminə gəlmiş qonaqlar Gürcüstan prezidenti
və eləcə də icraçı hakimiyyət nümayəndələri ilə dördtərəfli
görüşlər keçirəcəklər.
Salome Zurabişvilinin and işmə mərasimi 16 dekabrda baş
tutacaq.