Açılmadan məktəbin sandıqxanasına atılmış kitablar
İctimai Kanalın jurnalisti Sofo Mtvlişvili öz "Facebook" səhifəsində video yayımlayıb.
Məktəbin “sandıqxanasına” atılmış kitablar arasında Təhsil Nazirliyi tərəfindən göndərilmiş açılmamış Gürcü dili dərslikləri də var.

Videodan şagirdlərin hansı şəraitdə dərs aldıqları da görünür. Kitabların atıldığı həmin yerdə üçüncü sinif şagirdləri dərs keçirlər.

Dağılmış köhnə döşəmə – jurnalistin yazdığına görə bu şahidi olduğu mənzərənin kiçik bir hissəsidir ki, yalnız bunu çəkməyə nail olub. Belə ki məktəbin müdiriyyəti onları məktəb ərazisini tərk etməyə məcbur ediblər.

Video Kvemo Bolnisidə (Bolnisi rayonu, Kəpənəkçi kəndində) çəkilib. Həmin kənddə etnik Azərbaycanlılar məskunlaşıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google