Ukraynada həlak olan iki gürcü əsgər - Zurab Tsiklauri və Qoça
Jvaniya bu gün səhər Gürcüstanda torpağa tapşırılıb.
Meyitləri Tbilisi beynəlxalq hava limanında onların ailə üzvləri,
qohumları və dostları qarşılayıb.
Ukraynada döyüşən gürcü əsgərləri Şərq Cəbhəsinin cəbhə xəttində
həlak olublar. Onlar 2014-cü ildən Ukraynada Gürcüstan legionunun
tərkibində döyüşürdülər.
Məlumat üçün bildirək ki, 2022-ci il fevralın 24-dən bu yana
Rusiya-Ukrayna müharibəsində 50-dən çox gürcü döyüşçüsü həlak
olub.