Poniçalada din xadimini bıçaqlayıblar. Gənc din xadimini ağır
yaralayıblar və üzünə bıçaq zərbələri endiriblər.
Vidadi Qurbanov “Birinci Kanala” verdiyi ilk müsahibəsində
qohumunun onu öldürməyə cəhd etdiyini iddia edir.
Onun bildirdiyinə görə, xalası oğlu əvvəlcə onu aldadaraq tərk
edilmiş əraziyə aparıb, orada silahlı dəstə ilə qarşılaşıb və qanlı
qarşıdurma başlayıb.
Vidadi Qurbanov deyir ki, hücumun təşkilatçısının
kimliyi polisə
məlumdur, lakin həbs olunan yoxdur. Cinayətdə iştirak etdiyi iddia
edilən şəxslər də azadlıqdadırlar. Zərərçəkən iddia edir ki, hücum
edənləri qoruyurlar.
Qurbanov hal-hazırda “İnqoroğva” klinikasında qalır. Ona təcili
cərrahi müdaxilə lazım gəlib.
Zərərçəkən “TV Pirveli”-yə qanlı hadisənin motivi olaraq qisası
göstərir. Onun sözlərinə görə, xalası oğlu 2020-ci ildə baş vermiş
münaqişəni təkrarlayıb.
“İşim var dedi, hadisə yerinə xalam oğlunun maşını ilə
getdik, orada başqa insanlarla da qarşılaşdım... Mənə dedi ki, ona
pis söz demişəm, onun və ailəsinin haqqında pis danışmışam. Mənə
2020-ci ilin hekayəsini danışdı amma mən belə bir şey xatırlamıram.
Hücum planlaşdırılmışdı, çünki məni kamera olmayan yerə
gətirdilər”, - 41 yaşlı din xadimi “TV Pirveli”-yə
bildirib.
Bütün Gürcüstan Müsəlmanları İcmasının din müəllimi iddia edir ki,
təşkil olunan hücumun qurbanı olub, cinayətkarlar hələ də sərbəst
gəzirlər.
Gomelauri agentliyi Poniçalada baş vermiş insidentlə bağlı
zorakılıq ittihamı ilə araşdırmaya başlayıb. “Tv Priveli” -nin
məlumatına görə, iş üzrə heç kim dindirilməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.