Marneulidə 4 narkotik alverçisi saxlanılıb
Son bir həftə ərzində Daxili İşlər Nazirliyi 5 narkotik alverçisini saxlayıb. Bu barədə Mərkəzi Cinayət Polisi Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Mamuka Çelidze məlumat verib. Çelidze qeyd edib ki, Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılması ilə fəal və güzəştsiz mübarizə aparmaqdır.

“Son bir həftə ərzində 5 narkotik alverçisi saxlanılıb, külli miqdarda müxtəlif narkotik vasitə müsadirə olunub. Kvemo Kartli Polis İdarəsinin Xüsusi Tapşırıqlar Departamenti və Kvemo Kartli Dairə Prokurorluğunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Marneulidə külli miqdarda narkotik vasitənin əldə edilməsi-saxlanılması ittihamı ilə 4 nəfər saxlanılıb.

Hakimin qərarı ilə həbs olunmuş 4 nəfərdən üçün əvvəllər də narkotik cinayətləri ilə bağlı mühakimə olunub. Onlar tərəfindən törədilmiş cinayət üçün 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. İstintaq nəticəsində aydın olub ki, müttəhimlər sistematik olaraq narkotik vasitə satırlarmış. Polis həmin dörd nəfərin qeyri qanuni satdığı heroin narkotik vasitəsini maddi sübut kimi götürüblər. Saxlanılanlardan birinin evinin axtarılması nəticəsində isə 5 bağlama heroin aşkar olunub. Külli miqdarda narkotik vasitələrin əldə edilməsi-saxlanılması faktı üzrə istintaq davam edir”
, - deyə Mamuka Çelidze bildirib.



წყარო: tv4.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google