Şagirdlər nə üçün büdcənin müzakirə olunmasında iştirak edə bilmədilər

Marneuli bələdiyyəsinin 2019-cu ilin büdcəsinin müzakirəsi təxirə salınıb.

Bu haqda məlumat yalnız dünən jurnalistlərin və Marneuli bələdiyyəsinin Sabirkənd şagirdlərinin müəllimləri ilə birgə müzakirədə iştirak etmək üçün getdiyi zaman yayımlanıb.

Bizimlə söhbət zamanı bələdiyyə məclisinin üzvü Roman Tabatadzenin qeyd etdiyinə görə, iclas meriyanın büdcə-maliyyə şöbəsinin rəhbəri Vüqar Məmmədovun məzuniyyətdə olmasına görə təxirə düşüb. O, Almaniyadadır.

Bələdiyyə məclisinin aparatı iclasın təxirə salınması haqqında məlumat verməyib. Müvafiq bəyanatı niyə verməyiblər bunu konkretləşdirə bilmirlər.

Qeyd edilməlidir ki, bələdiyyə məclisində əhali nadir hallarda iştirak edir. Ekspertlər deyirlər ki, əhali arasında vaxtında məlumatın yayımlanması bələdiyyənin maraqlarına daxil olmalıdır. Marneulinin bələdiyyə məclisi iclasların baş tutması haqqında məlumatı həmişə qanun pozuntusu ilə 2-3 gündə yayımlayır.

Qanuna əsasən isə 7 gün müddətində əhalinin məlumatlandırılmasının qayğısına qalmalıdırlar. Buna baxmayaraq şagirdlərdə ilk dəfə istək yaranıb ki, büdcənin müzakirəsi prosesində iştirak etsinlər, ancaq onlara bu imkan verilməyib.

Büdcənin müzakirəsi qaydaya əsasən bu gün 14 dekabrda saat 15:00-da baş tutmalı idi.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google