Marneuli
Oğurlanan yol baryerləri yenisi ilə əvəz olunur
7 fevral tarixində14 mart tarixində “Marneuli” Radiosunu efrində xəbər vermişdik ki, Tsereteli-Mirzoevka-Böyük Muğanlı-Kosalı magistral yolun yenidən qurulmasından sonra yol boyu, yol nişanları və su kanlının keçdiyi ərazilərdə qoruyucu baryerlər qurlaşdırılmışdı. 2017-ci ildə isə həmin qoruyucu baryerlər və dirəklər sökülərək oğurlanıb. Hadisə yolun 5 və 6 km-liyində kəndlərin əkin sahəsinin suvarılması üçün su kanalı keçən ərazidə qeydə alınmışdır. Məhz bu magistral yol Marneuli ilə yeddi kəndi birləşdirən yeganə əsas yoldu.



Həmin vaxt biz məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Yol Departamentinə məlumat verdik. İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi məlumatı yerli nəzarət xidmətinə çatdıracaqlar. Əgər nəzarət xidməti məlumatı təsdiqləsə, patrul xidmətinə məlumat veriləcək, departament isə bərpa işlərinə yaxın gələcəkdə başlayacaq bunu Nəqliyyat Yol Departamentin nümayəndəsi bildirdi.



11 aprel tarixindən isə Nəqliyyat Yol Departamentinin işçilər həmin ərazidə çalışmağa başlayaraq oğurlanan baryerləri yenisi ilə əvəz edərək bərpa edirlər. Hal-hazırda bu gündə həmin ərazidə Nəqliyyat Yol Departamentin işçiləri çalışmaları davam edir.



Xatırladaq ki, həmin yol 2015-ci ildə yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir. Magistral yolun yenidən qurulmasına 2015-ci ildə dövlət büdcəsindən 7 milyon 750 min lari ayrılıb.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
მსგავსი სტატიები არ მოიძებნა
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით
ვიდეო სიახლეები