Birinci Kanalın "Rəngarəng Gürcüstan" adlı layihəsinin təqdimatı keçirildi
22:31 / 03.05.2018
Birinci Kanalın “Rəngarəng Gürcüstan” adlı layihəsinin təqdimatı
bugün saat 15:00-da keçirildi.
Qeyd olunan layihə çərçivəsində, Azərbaycan və erməni dilli onlain
radyo-televiziya efiri təntənəli şəkildə açıldı.
Təqdimatda necə beynəlxalq təşkilatların, eləcədə Gürcüstanda
akkreditasiya olunmuş diplomatiya korpusun nümayəndələri və digər
maraqlanan şəxslər iştirak edirdi.
“Rəngarəng Gürcüstan” layihənin məqsədi etnik azlıqlar üçün,
onların doğma dilində informasiya əlyetərliyini təmin etmək və
müxtəlif mədəniyyətlər arasında dialoq üçün əlverişli şərait
yaratmaqdır.
Layihə nəzərdə tutur:
Azərbaycan və erməni dillərində “Moambe” xəbərlər buraxılışının
hazırlanması
1tv.ge-də internet radyo-televiziyanın 12 saatlıq efirinin
hazırlanması
Gürcüstanda yaşayan etnik azlıqlar üçün onların dilində sənədli
materialların hazırlanması
Birinci Kanalın efirində gürcü dilində gedən əyləncəli və
maarifləndirici verlişlərinin Azərbaycan dilində hazırlanması
Qeyd olunan medya-layihəyi 1TV.GE-də görə bilərsiniz.