Polis Kaxetidə yaşayış evlərində oğurluğa görə, 6 faktı açıb – 1 nəfər saxlanılıb
DİN-in Kaxeti Polis Departamentinin əməkdaşları aparılan operativ istintaq nəticəsində 1973-cü il təvəllüdlü Z.Ş., oğurluq və oğurluğa cəhs ittihamı ilə Siğnaği bələdiyyəsində saxlanılıb.
Cinayət 4-dən 7 ilə qədər müddətə azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Hüquq mühafizəçiləri ittiham olunan şəxsləri Siğnaği bələdiyyəsinin İliadzminda kəndində vətəndaşlardan birinin evinə oğurluğa girən zaman saxlayıblar. Saxlanılan şəxs günahını etiraf edib. Z.Ş. eləcə də cari ildə onun tərəfindən Siğnağidə törədilmiş 5 evin oğurluğu faktını da etiraf edib.

Polis saxlanılanın evindən oğurlanmış əşyaların bir hissəsini həmçinin, 2 ov tüfəngini sübut olaraq götürüb.

İstintaq oğurluq və oğurluğa cəhd faktına dair Gürcüstan CM-nin 177-ci maddəsinin 3-cü hissəsinin “q” altbəndi və 19-177-ci maddənin 2-ci hissəsinin 1 altbəndi ilə gedir.



Mənbə: police.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google