VIDEO - Tbilisidə qanlı hesablaşma – Verada 4 gənci yaralayıblar
Tbilisidə qanlı hesablaşma nəticəsində dörd gənc yaralanıb. Hadisə gecə saatlarında Verada, Tatişvili küçəsindəki bir klub yaxınlığında baş verib.

Əldə olunan məlumata görə, münaqişə ilk öncə klubda başlayıb, daha sonra isə çöldə silahlı qarşıdurmaya çevrilib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Yaralılardan üç nəfəri Ğuduşauri klinikasına aparılıb, onlardan ikisi təcili əməliyyat olunub. Gənclərdən biri isə Aladişvili klinikasına yerləşdirilib ki, onun da cərrahiyyə əməliyyatına ehtiyacı olub.

Hadisə ilə bağlı sağlamlığa qəsdən ağır ziyan vurma maddəsi ilə istintaq başlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə şübhəli bilinən şəxs salanılıb.

Mənbə: rustavi2

Print ელ. ფოსტა
FaceBook Twitter Google