VIDEO - Qldanidə təşviş – təxminən 30 yaşlarında kişi həddi-büluğa çatmamış qızları qaçırmağa və onlara qarşı zorakılıq törətməyə cəhd edib
11:46 / 14.12.2018
Qldanidə təşviş – gecə saatlarında 7-ci
mikrorayonda patrul polisi səfərbər olub.Sakinlər həddi-büluğa çatmamış qızları
qaçırmağa və onlara qarşı zorakılıq törətməyə cəhd faktları qeydə
alındıqdan sonra hüquq mühafizəçilərini çağırmalı olublar.
Təxminən 30 yaşlarında kişi bir neçə dəfə həddi-büluğa çatmamış
qızları qaçırmağa və onlara qarşı zorakılıq törətməyə cəhd
edib.
Ərazidə quraşdırılmış təhlükəsizlik kameralarının qeydləri
götürülüb. Son belə hadisə zamanı cinayətdə şübhəli bilinən şəxs
təkbaşına mağazaya düşmüş 7 yaşlı qızı aldadaraq yaşayış binasının
girişinə aparıb və zorakılığa cəhd edib.
Hadisə ilə bağlı istintaq başlayıb.
“30 yaşlarında oğlan idi. Girişə daxil oldum, aldadıb apardı,
ağzımı əli ilə bağladı və divara sıxışdırdı. Qışqırdım, ana, kömək
et – dedim, eyni anda oğlanı vurdum,” – qızlardan biri deyir.