Ağməmmədli kəndində sərt döngələrdə trampilinlər yoxdur
Ağməmmədli kəndində sərt döngələrdə trampilinlər yoxdur. Sakinlərin bildirdiyinə görə, həmin döngədə tez-tez yol nəqliyyat hadisələri baş verir. Əməkdaşlarmızın Ağməmmədli kəndində çəkliş apardığı zaman həmin sərt döngədə yol nəqliyyat hadisəsi baş verib.

Kənd sakinləri yerli hakimiyyətdən həmin əraziyə tranpilinlər quraşdırılmasını xahiş edirlər. Onlar bildirirlər ki, həmin ərazidə trampilinin olmaması kənd sakinləri və məktəb şagirləri üçün təhlükə yaradır.

Ağməmmədli kəndində baş verən bugünkü qəzada minik maşını ilə yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə patrul polisi çağırılıb və araşdırılma aparılır.

Sakinlərin bildirdiyinə görə, Ağməmmədli kəndində bugünkü qəzanın baş verməsinə məhz həmin sərt döngədə tramplinin olmaması səbəb olub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google