Gürcüstan prezident administrasiyasının yenidən təşkil olunması işlərinin birinci mərhələsi başlayıb
Gürcüstan prezident administrasiyasının yenidən təşkil olunmasının ilk mərhələsi 15 yanvardan ikinci mərhələ isə 15 fevraldan başlayacaq – bu haqda Gürcüstan prezidentinin mətbuat katibi Xatia Moisdzrapişvili bir neçə gün əvvəl bildirib. Onun izahatına görə 17 dekabrdan yeni konstitusiya qüvvəyə minib və onunla Gürcüstan prezidentinin yeni hüquq-öhdəlikləri müəyyən edilib. Müvafiq olaraq Gürcüstn prezidentinin dmiistrasiyasında “Gürcüstan büdcəsi haqqına” qanuna görə 60 ştat müəyyən edilib.

1 yanvardan büdcədə məhz belə ştat vahidlərini nəzərdə tutulmasına görə, 31 dekabrda Gürcüstan prezidentinin administrasiyası reorqanizasiya prosesi elan etdi. 15 yanvarda siyasətin işlənilməsi başa çatacaq, kvalifikasiya tələbləri məlum olacaq.

Xatırladaq ki, prezident administrasiyasının qeyd olunan ştat vahidləri böyük miqyasda deyil. Çünki o, mütləq fəaliyyətdə və çox səmərəli olmalıdır ki, Gürcüstan prezidenti öz öhdəliklərini maksimum dərəcədə faydalı şəkildə həyata keçirə bilsin.

15 yanvardan reorqanizasiyanın ilk mərhələsəi başlayacaq və birinci mərhələdə kvalifikasiyanın qane edilməsinə uyğun olaraq daxili resurslar üçün təkliflər olunacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google