Xüldərə kəndində məktəb şagirdlərinin əl işlərinin sərgisi həyata keçirildi
21:34 / 04.06.2018
Bu gün, 4 iyun tarixində Xüldərə kəndində məktəb şagirdlərinin əl
işlərinin sərgisi həyata keçirildi.
Sərgi Mollaoğlu İnkişaf Mərkəzi və Xüldərə İctimai Resurs Mərkəzi
tərəfindən təşkil olunmuşdu. Tədbirdə 17 kənddən 120-dən artıq
məktəb şagirdinin əl işləri sərgiləndi. Sərgidə Taso Fondunun,
Yunus Əmrə İnstitutunun, Türkiyə səfirliyi, QHT və hökumət
nümayəndələri, qonaqlar və kənd sakinləri iştirak edirdilər.
Sərgidə nümayiş olunan əl işləri qonaqların marağına səbəb
oldu.