Hidrosefaliya xəstəliyindən əziyyət çəkən uşağın yalnız yanvara qədər dərmanları var

Yuxarı Saral kəndində yaşayan 38 yaşlı Rizvan Yusubovun ikiyaşlı övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Azyaşlı uşaq bu günə qədər xəstəliyinə görə, 10-a yaxın cərrahiyyə əməliyyatı olunub.

Hal-hazırda uşaq ailəsi tərəfindən ev şəraitində müalicə alır. Rizvanın ailəsi beş nəfərdən ibarətdir və onlar bir otaqlı evdə yaşayırlar.

Onlar aztəminatlı ailə oldularına görə, dövlət tərəfindən 280 lari yardım alırlar. Rizvan işsizdir. O, aldığı sosial yardımla xəstə uşağının dərman preparatlarını qarşılaya bilmədiyini deyir. Buna görə də dəfələrlə aidiyyəti orqanlara, yerli hakimiyyətə, millət vəkillərinə müraciət etdiyini bildirir. Deyir ki, ona sadəcə birdəfəlik yardım göstərilib. Bunun isə yetərli olmadığını bildirir.

Yusubovun sözlərinə görə, o, 21 noyabr tarixində Tiblisidə yerləşən “Gürcü Arzusunun” baş ofisinə gedərək yardım istəyib.

İkiyaşlı uşağın anası Cəlilova Sitarə deyir ki, aldığı yardımla uşağın yeməyini ancaq qarşılayırlar və dərman preparatlarını almağa imkanları çatmır.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirir ki, Yusubova hər cür köməklik göstərilib. Hətta öz şəxsi maaşından ona kömək də edib.

Ailənin dediyinə görə, uşağın əməlyyat olunması üçün hər dəfə 4-5 min lari xərcləri çıxır və yalnız bir dəfə əməliyyat üçün dövlətdən onlara yardım göstərilib.





Print ელ. ფოსტა
FaceBook Twitter Google