VİDEO – Parlamentdə deputatlar əlbəyaxa olublar
Prezident
seçkiləri məsələsi Gürcüstan Parlamentində Milli Hərəkatın üzvü
Nika Melia ilə Vətənpərvərlər Alyansının üzvləri İrma İnaşvili və
Emzar Kvitsiani arasında fiziki qarşıdurmaya səbəb
olub.
Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansının deputatlarını
qıcıqlandırıb. Nika Melia bir daha Gürcü Arzusunu tənqid edib və
bildirib ki, onlar seçkiləri saxtalaşdırıblar. Bundan sonra isə
reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia bir
neçə dəfə onun sözünü kəsib. İrma İnaşvili deputatı sakitləşməyə,
dərman qəbul etməyə və açıq havaya çıxmağa çağırıb, sonra isə
Melianın yanına gedib və mübahisə edib.
Bundan sonra Gürcüstan Parlamentinin iclas zalında vəziyyət
gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər
Alyansının deputatları arasında fiziki qarşıdurma baş verib.
“Burada heç nə baş vermir, həmkarlarım, Milli Hərəkat
vəd etdiyimiz uğursuzluğu qəbul edə bilmir,” – İrakli
Kobaxidze Parlament sədri tribunasından bildirib.
Parlamentin sədri texniki fasilə elan edib.