“Martın 3-də Romada” – Saakaşvili emiqrantlarla növbəti görüşünün tarixini bildirib
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili gürcü emiqrantlarla növbəti görüşünü martın 3-də Romada keçirəcək. Bu haqda o, facebookda bugünkü canlı yayım zaman bildirib.

Mixeil Saakaşvili Liege hadisələrinin provokasiyasında yenə də Bidzina İvanişvilini və Gürcüstan Dövlət Təhlükəsizliyini Xidmətini günahlandırır:

“İvanişvili ilk olaraq gürcüləri məcbur etdi ki, Gürcüstanı tərk etsinlər və indi də xaricdə əl çəkmir və toplanmağa maneçilik törətməyə çalışır” - Saakaşvili deyir.

Emiqrantlarla ilk görüşü Saakaşvili 10 fevralda Belçikanın Liege şəhərində keçirib və ona qədər isə ABŞ-da yaşayan emiqrantlarla görüşüb.

Görüşdə Gürcüstanın 3-cü prezidenti dəstəkçilərini özünün 5 bəndlik planı ilə tanış edib. Görüşə fiziki qarşıdurma baş vermiş hadisə səbəb olub.


Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google