Marneuli bələdiyyəsinin yerli özünüidarəsi çoxmənzilli yaşayış
evərinin dam örtüyünün bərpa edilməsini planlaşdırır.
Marneuli meriyası bələdiyyədəki çoxmənzilli yaşayış evlərinin dam
örtüyünün bərpa işləri üçün smeta sənədlərinin alınmasına görə
tender elan edib. Tenderə əsasən, 15 yaşayış korpusunda dam
örtüklərinin təmiri nəzərdə tutulur.
Dam örtüklərinin bərpası sonrakı çoxmənzilli evlərdə nəzərdə
tutulur:
- Marneuli şəhəri, Rustaveli küçəsi: 20, 5, 59a, 42, 44,
81 və 86 nömrəli.
- Marneuli şəhəri, Qamsaxurdiya küçəsi: 3 və 5
nömrəli.
- Marneuli şəhəri, Çoloğaşvili küçəsi: 5
nömrəli.
- Marneuli şəhəri, 20 yanvar küçəsi: 26, 30 və 32
nömrəli.
- Marneuli bələdiyyəsinin Şulaveri inzibati vahidliyinə
daxil olan Mareti kəndində mövcud iki çoxmənzilli yaşayış
korpusunun dam örtüyü.
Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderin texniki
tapşırığına görə, bələdiyyədəki çoxmənzilli yaşayış evlərinin dam
örtüyünün bərpa işlərinin təxmini dəyəri 1 000 000 laridir.
Marneuli meriyası çoxmənzilli yaşayış evlərinin dam örtüyünün bərpa
işləri üçün smeta sənədlərinin alınmasına 36 000 lari dəyərində
tenderi 28 mart tarixində elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 5 mart tarixindən 8 mart
tarixinə qədər öz təkliflərini göndərə bilərlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415