Artıq bir həftəyə yaxındır ki, Gürcüstan parlamentində
televiziyadan başqa bütün KİV-lərin fəaliyyəti qadağan edilib.
Buna bəhanə kimi “Gürcü arzusu” rəhbərliyi onlayn medianın “rus
qanunu”na etirazından istifadə edir. Sözügedən qanun ilk növbədə
media və vətəndaş təşkilatları üçün təhlükə yaradır.
Parlamentdən verilən rəsmi açıqlamaya görə, ötən günlər kimi bu
gün, aprelin 19-da da “sarı səviyyədə” təhlükəsizlik elan
edilib.
Media bölməsi ilə yanaşı, parlamentə giriş ziyarətçilərə də
məhdudlaşdırılıb.
Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə
iclaslarına) yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət
olunmuş şəxslər buraxılacaq.
Gürcüstanın Jurnalist Etikası Xartiyası aprelin 15-də Parlamentə
müraciət edərək, medianın parlamentdə işləməsinə icazə tələb
edib.
Xartiya Gürcüstan parlamentini parlamentdə debatların yaranması
üçün həyati əhəmiyyət kəsb edən məsələlər barədə ictimaiyyətin
məlumat almaq hüququna hörmətlə yanaşmağa, onlayn media orqanlarına
qarşı ayrı-seçkilikdən imtina etməyə və onlara icazə verməyə
çağırır. Həmçinin parlament binasında jurnalistlərə münbit iş
şəraiti yaradılsın ki, onlar öz peşə vəzifələrini tam yerinə yetirə
bilsinlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.