"Bizi gözləyin" - Anonymous "Gürcü arzusu" və polisə xəbərdarlıq edib
“Anonymous” beynəlxalq haker hərəkatı Gürcüstanda davam edən etirazlara və onun zorakılıqla yatırılmasına münasibət bildirib – X-də dərc olunan yazıda hərəkat “Gürcü arzusu”na müraciət edir və Gürcüstanın Rusiya olmadığını və heç vaxt olmayacaq da xəbərdarlığını edib.

“Gürcüstanda keçirilən mitinq iştirakçılarına: siz tək deyilsiniz – “Anonymous”un üzvləri sizin tərəfinizdədirlər və sizə demokratiya, azadlıq və rifah uğrunda mübarizə aparmağa
kömək edəcəklər.

Gürcüstan Polisinə: Etirazçılara hücum etmək dövlət qurumlarınız haqqında məlumatların yayılmasına səbəb olacaq. Biz bütün verilənlər bazalarınızı və e-poçtlarınızı ələ keçirib internetdə yayacağıq. Bu sizin ilk və son xəbərdarlığınızdır.

Rusiyanın dəstəklədiyi “ Gürcü Arzusu” partiyası, xatırlayın; Gürcüstan Rusiya deyil və heç vaxt olmayacaq. Bizi gözləyin”.


Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google