Məktəblərin buraxılış dövrü başlayır.
Abituriyentlər buraxılış tədbirlərinə hazırlaşırlar. Biz Kvemo
Kartli məktəblərinin məzun olacaq şagirdlərindən son zəng tədbirinə
hazırlığın təxminən neçə lariyə başa gəldiyini soruşduq. Bizim
sorğumuzda iştirak edən şagirdlərə son zəng üçün təxminən 1000 lari
lazımdır.
“Məktəbdə son zəng tədbirimiz, banket və ekskursiya
olacaq. Bizim son zəngimiz büdcə baxımdan orta səviyyəli olacaq,
çalışdıq ki, hər şeyi büdcəyə uyğun nəzərə alaq. Mən son zəng
ənənəsini çox sevirəm, çünki həyatda bir dəfə olur, bu gün bir daha
təkrarlanmır. Mənim üçün bu xərclər adi haldır”-
abituriyent Aygün Mikiyeva bildirir.
Aygün məktəbi bitirməyi qeyd etmək üçün xərcləri təxminən belə
bölüb. O, bildirir ki, bu xərclər əksər şagirdlər üçün belədir:
Son zəng üçün donlar (bir şagird)- 120 lari
Ayaqqabı – (bir şagird) – 70 lari
Gözəllik salonu – (bir şagird) – 60 lari
Dekorasiya (bütün sinif) – 300 lari
Musiqi – (bütün sinif) – 300 lari
Avtobus xərci (bütün sinif) – 250 lari
Video (bütün sinif) – 1600 lari
Banket süfrəsi (bir şagird) – 150 lari
“Əlbəttə, bütün 12-ci sinif şagirdləri kimi bizim də
son zəng tədbirimiz olacaq. Müəllimlərlə birlikdə banket
keçirəcəyik. Hər şey üçün birlikdə, bir şagirdə 1400 lariyə qədər
pul lazım gəlir. Son zəng və banket çox mühümdür. Mənim fikrimcə,
çox yaxşı ənənədir, çünki müəllimlərlə vidalaşırıq, yazılı
köynəklər isə bizə xatirə qalır. Bunların hamısı ilə müəllimlərə və
bir-birimizə böyük hörmətimizi göstəririk”- Yeni
Dioqnisi məktəbinin şagirdi Kristina Dzirkvadze bildirir.
Kristinanın sinifi də başqa siniflər kimi son zəng və banket üçün
foto/video çəkilişlər gətirməyi planlaşdırır.
Fotoqraf (bütün sinif) – 1400 lari
Restoran (bütün sinif) 5000 lari
Geyim (bir şagird) – 200 lari
“Son zəng tədbirimiz məktəbdə keçiriləcək. Musiqi,
şeirlər, rəqslər və s. olacaq. Fotosessiya edəcəyik və sonra banket
olacaq. Hamısı birlikdə mənim üçün 300 lariyə başa gəldi. Mən son
zəngi çox bəyənirəm, yaxşı ənənədir, 12 il birlikdə oxuduğumuz
sinif yoldaşlarımız ilə məktəbi bitirməyimizi qeyd edirik və bunlar
hamısı xatirə olaraq qalacaq”- Kvemo Bolnisi 2 saylı
ictimai məktəbinin 12-ci sinif şagirdi Nəzrin Turabova
bildirir.
Turabova bizim sorğu apardığımız abituriyentlər kimi düşünür ki,
son zəng və banket məktəbi bitirməyi qeyd etmək üçün yaxşı
ənənədir.
Kvemo Bolnisinin 1 saylı məktəb şagirdi Dinar Əhmədov da son zəngə
hazırlaşır.
“Bizim də son zəng tədbirimiz və banketimiz olacaq,
istəyirəm ki, hər şey yaxşı olsun, xatirəmizdə yaxşı qalsın. Çünki
mənim üçün ilk dəfə belə hadisə olacaq. Hər şagirdə təxminən 500
lariyə qədər pul lazım olur. Son zəng üçün video çarx hazırlayırıq,
musiqi və ekskursiya da olacaq” – Dinar Əhmədov
bildirir.
Marneulidə bu il 2000-ə yaxın şagird məzun olacaq.
Gürcüstan miqyasında isə vahid milli imtahanlara 47 000 abituriyent
qeydiyyatdan keçib.
Müəllif: Nino Hüseynova
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.