Seyid Qocalı kəndinin sakini - "Kənd təsərrüfatı ilə məşğuluq və buraya alıcılar gəlmir, yolun pis vəziyyətdə olmasına görə avtomobilləri xarab olur"
18:21 / 08.05.2018
Marneulidən 21 km uzaqlıqda yerləşən Seyidi Qocalı kəndi Debet
çayının sahilində, Marneuli-Qırmızı Körpü magistral yolunun 1 km
uzaqlığında yerləşir.
Həmin kəndə gedəndə magistral yoldan 20 km asfalt yolla hərəkət
edirsən, sonra isə magistral yoldan kəndə qədər 1 km məsafəni
kələ-kötür, çınqıllı yolla getməli olursan. Kənd harda yerləşir,
adı necə yazılır, necə getmək lazımdır - bu haqda lövhə belə
yoxdur. Kənddə 120 yaxın ailə yaşayır.
43 yaşlı Zabit Məmmədov da Seyidi Qocalı kəndində yaşayır. Onun
əsas gəliri kənd təsərüffatı və maldarlıqdır. Zabiti əsas narahat
edən yollarının pis olmasıdır. Deyir ki, həyətində əkib becərdiyi
məhsulu bazara çıxarmaqda çətinlik çəkir. Kəndlərinə məhsullarını
almaq üçün alıcı gəlmir. Onun sözlərinə görə, təcili tibbi yardım
biriqadalarını çağrırırlar, onlarsa vaxtında gəlmirlər, və ya heç
gəlmirlər.
Kənd əhalisinin sözlərinə görə kəndlərində məktəb olmadığından
övladları qonşu kənd - Araflı məktəbinə getmək
məcburiyyətindədirlər. Soyuq, yağışlı havaarda məcburdurlar ki,
övladları həmin yolu getsinlər.
Kənddə yaşayan sakinlər bildirirlər ki, onların problemləri ilə
maraqlanan yoxdur. Onların problemləri ilə yalnız seçkidən-seçkiyə
maraqlanırlar. Onda da söz verirlər ki, problemləri seçkidən sonra
öz həllini tapacaq.
Marneuli meriyasından bildirirlər ki, indiki mərhələdə Seyid Qocalı
kəndində yolun bərpa işləri planlaşdırılmır.