Kiyevdə hüquq mühafizəçiləri qanuni oğru Nukri “Qalski”ni
saxlayaraq deportasiya ediblər. Bu barədə Ukrayna mətbuatı məlumat
yayıb.
Kiyev polisinin verdiyi məlumata görə, "Gürcüstan vətəndaşı
cinayətkar qrupları idarə etməyi və digər cinayətkar qruplaşmalar
ilə birliktə yeni cinayətlər törətməyi planlaşdırırmış. 2019-cu
ilədək ölkəyə girişi qadağan olan cinayətkar Kiyevin Şevçenkovski
rayonunda hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 1987-ci
il təvəllüdlü Gürcüstan vətəndaşı Ukraynaya sərhədi qeyri-qanuni
yollarla keçərək gedib", – Ukrayna polisi bildirib.
Hüqüq-mühafizə orqanlarının verdiyi məlumata görə, Nukri “Qalski”
üç həftə ərzində ələqələr yaradıb və topdansatış bazarı və
mənzilləri qarət edən qruplara nəzarət etməyi planlaşdırırmış. O,
qanuni oğruların yığıncağında cinayətkar sahənin yüksək təbəqəli
nümayəndələri ilə görüşürmüş.