Marneulidə direktorlar aksiyaya getməyin tapşırıldığını təkzib edir, müəllimlər isə təsdiqləyirlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində işləyən müəllim bildirdi. Bizə məlum oldu ki, Marneuli bələdiyyəsinin inzibati resursundan istifadə edərək, 29 aprel tarixində “Gürcü Arzusu” tərəfindən anons edilmiş aksiyaya məktəb və uşaq bağçası müəllimlərini aparacaqlar.

“Mən 2 məktəbdə müəllim kimi işləyirəm və hər iki məktəbdə də mənə bu haqda məlumat verdilər. Özləri xüsusi olaraq marşrut göndərəcəklərini və insan çatışmazlığı olacağı təqdirdə əlavə kənd əhalisindən də aparacaqlarını dedilər”,
- Marneuli bələdiyyəsinin kəndlərinin birində fəaliyyət göstərən pedaqoq bildirdi.



Mövzu ilə bağlı, Marneuli bələdiyyəsinin kəndlərindən birində fəaliyyət göstərən pedaqoq bildirdi ki, məktəb direktoru 29 aprel tarixində Tbilisidə keçiriləcək görüş barədə onlara məlumat verib.

“Direktorumuz bizə bu haqda məlumat verdi. Ancaq görüşün nədən bəhs etdiyi barədə direktor bizə heç nə demədi. “Rus qanununun” da nə olduğunu bilmirəm. Özüm şəxsən getməyi düşünmürəm çünki, körpə uşağım var. Yəqin ki, mənim yerimə başqa birini apararlar. Dedilər ki, bunun üçün avtobus ayrılıb və müəyyən bir saat təyin olunacaq və sizə bildiriləcək. Amma başqa məlumatım yoxdur”, - pedaqoq bildirdi.



Biz qeyd olunan mövzu ilə əlaqədar olaraq, bir neçə məktəb direktoru ilə əlaqə saxladıq. Onlara 29 aprel tarixində Tbilisidə keçiriləcək aksiya haqqında məlumat verilib-verilmədiyini soruşduq. Onlar cavab olaraq bildirdilər ki, onlara heç bir yerdən məlumat verilməyib. Müəllimlər isə qeyd etdilər ki, onlara müdiriyyət tərəfindən məlumat verilib ki, 29 aprel tarixində marşrut gələcək və onları Tbilisidə keçiriləcək aksiyaya aparacaqlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google