Azər Süleymanov Marneuli sakininin döyülməsində ittiham olunur

Gürcüstanın Baş Prokurorluğunum bəyənatında yazılıb ki, işlə bağlı aparılan istintaq nəticəsində müəyyən edilib ki, 2018-ci ilin 10 iyununda Elçin Allahverdiyev Tbilisi şəhərində, Rustaveli prospektində baş tutan etiraz aksiyasında imiş.

Orada Marneuli bələdiyyəsinin meri Temur Abazovdan incimiş, “Facebook” sosial şəbəkəsi vasitəsilə birbaşa video yayıma qoşulub və Temur Abazovun həyat yoldaşını təhqir edib. Həmin gün gecə saatlarında onunla “Vahid Milli Hərəkat” partiyasının üzvü Rəhim Əsgərov onunla əlaqə saxlayıb və görüşməyi xahiş edib.

Rəhim Əsgərov Elçin Allahverdiyevdən VHM-ın Marneuli ofisində görüşməyi xahiş edib. Ofistə eləcə də “Vahid Milli Hərəkat” partiyasından Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov, Marneuli bələdiyyə məclisinin üzvü, “Gürcü Arzusundan” Ramin Allahevrdiyev, Marneuli Bələdiyyəsinin meri Temur Abazovun qohumu E.Q. və başqa şəxslər olublar. Parlamentin üzvü Azər Süleymanov Elçin Allahverdiyevdən tələb edib ki, sosial şəbəkədə canlı yayımda paylaşdığı videonu kimin sifarişi ilə etdiyini izah etsin. Bunun nəticəsində Azər Süleymanov, Ramin Allahverdiyev və vətəndaş E.Q. Elçin Allahverdiyevi fiziki təhqir ediblər.

“Qeyd olunandan sonra, Elçin Allahverdiyevi Marneuli Bələdiyyə məclisinin üzvləri Ceyhun Çovdarov və Ramin Allahverdiyev Marneuli şəhərində “Jejebe” restoranı adlanan ərazinin yaxınlığına aparıblar və orada onları Marneuli Bələdiyyəsinin meri Temur Abazov gözləyirmiş. Gedən kimi Temur Abazov Elçin Allahverdiyevin üzünə tüpürüb və fiziki təhqir edib. Sonra facebookda canlı yayıma qoşulmağa, üzr istəməyə və öz həyat yoldaşını təhqir etməyə məcbur edib. Sonda isə Marneuli Bələdiyyəsinin meri Temur Abazov zorakılıqla, ləyaqəti təhir etməklə, Elçin Allahverdiyevi stəkana siyərək üzünü yumağa məcbur edib” – yazılıb Prokurorluğun bəyənatında.

 

"Marneuli" Radiosu

 

Print