Vəkil: Temur Abazov zərərçəkəni "butulkaya otuzdurmaqla" hədələyirmiş

Zərərçəkmiş Elçin Allahberdiyevin vəkili və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndəsi Ekaterine Midodaşvili bildirib ki, Elçin Allahverdiyevi Marneuli meri və hadisə yerində olan digər şəxslər seksual zorakılıqla hədələyiblər.


Zərərçəkənin vəkili həmçinin, bildirib ki, Elçin Allahverdiyev məhz buna görə ictimai şəkildə üzr istəyib və sidik içib.

"Qrup şəklində törədilən cinayətdən dolayı bir halda ki, cinayətin törədilməsində bir neçə nəfər iştirak edirmiş, seksual hədələmə də olub. Hədələmək belə imiş ki, əgər üzr istənəzsə və bunu Facebook vasitəsilə yayımlamazsa onu "butulkada otuzduracaqlarmış". Şəxslərin gər biri tərəfindən belə hədələmə olub"- bildirib Ekaterine Midodaşvili.

Marneuli meri Temur Abazov təhqiredici və insanlıqdan kənar yanaşma ittihamı ilə saxlanılıb və 5-ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Hadisədə iştirak edən digər iki şəxs Ramin Allahverdiyev və vətəndaş E.Q.-ya qarşı Gürcüstan cinayət məcəlləsinin 126-cı maddəsinin 11-ci hissəsinin "b" aşağıbəndi ilə ittiham irəli sürülüb və maddə cəza olaraq 2 il azadlıqdan məhrum edilməni nəzərdə tutur.

"Marneuli" Radiosu

 

Print