Temur Abazova məhkəmə ön tədbir olaraq həbs cəzası verib.
Marneulinin keçmiş merinin vəkilləri məhkəmədə ön tədbir olaraq 10
000 larilik girov əsasında Abazovun azad olunmasını tələb
edirdilər. Amma məhkəmə onların tələblərini təmin etməyib.
Marneulinin meri Temur Abazovu dünən saxlayıblar. Onun saxlanılması
Marneuli sakininə qarşı qeyri-insani və alçaldıcı rəftar faktı ilə
bağlıdır və Gürcüstan prokurorluğu məsələ ilə bağlı istintaq
aparır.