Marneulidə 11-ci sinif şagirdlərinin 80% atestat imtanlarından keçib
Marneuli miqyasında məzunların təxminən 80%-i attestat imtahanlarıı verib, 20% isə imtahanlardan kəsilib. Bu haqda radiomuza Marneuli Təhsil Resurs Mərkəzinin direktoru Kənan Ömərov məlumat verdi.

“Gürcü dilli məktəblərin məzunları 4 fənn üzrə, qeyri-gürcüdilli məktəblərin məzunları isə 3 fənn üzrə imtahan verdilər. Buradan da təxminən 80% imtahandan keçib” – deyə Kənan Ömərov bildirdi.



Bu il Marneuli miqyasında attestat imtahanlarında ümumilikdə 900 nəfər iştirak edib. Gürcüdilli məktəblərin məzunları 4, qeyri-gürcüdilli məktəblərin məzunları isə 3 fənn üzrə imtahan veriblər. Bu il imtahanlardan keçə bilməyən məzunlar gələn il dərs ilinin sonunda attesatat ala bilmək üçün özlərini bir daha sınayacaqlar.

"Marneuli" Radiosu
Print