Candar sakinlərinin bir qisminə Marneulidə su təchizatı sisteminin bərpasından sonra su veriləcək

Candar kəndində yeni tikilən yaşayış evlərində əhali içməli suyu satın alır. Kəndin 300 araqveli və Çinar deyilən ərazilərdə içməli su boruları çəkilməyib.

Buna görədə sakinlər 25-30 lari ödəməklə çənlərlə su alırlar. Həmin ərazidə yaşıyan sakinlərin sözlərinə görə, onlar dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər. Amma onların problemi ilə maraqlanan olmayıb.



Candar kəndi su təminatı baxımından Gürcüstan Birləşmiş Su Təhizatı şirkətinin balansındadır.

Gürcüstan Birləşmiş Su Təchizatı şirkətinin texniki səhmlərinin idarəsi departamentinin rəhbəri Mixeil Tataradzenin dediyinə görə, Asiya İnkişaf Bankının maliyyəsi ilə artıq su təminatı üçün tender elan olunub və 10 avqust tarixinədək tamamlanacaq. Tender bütün Marneulinin su təchizatı sistemi ilə təmin olunmasını nəzərdə tutur. Buna görə də layihə başa çatdıqdan sonra Candar sakinlərinə, eləcə də Marneuli şəhərinə su 24 saat ərzində veriləcək.

Layihə təxminən iki il davam e dəcək və su təchizatı sistemi mərhələli şəkildə düzəldiləcək.

“Marneuli” radiosu
Print