Smit ailəsinin cənazələrinin aparılması üçün pul toplanmağa başlanıldı
Smit ailəsinin cənazələrinin aparılması üçün pul toplanmağa başlanıldı.
Toplanacaq pul Smit ailəsinin Gürcüstana gəlməsi, həmçinin qətlə yetirilənlərin öz ölkələrinə aparılması və dəfn olunması xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Cəmi 30 000 ABŞ dolları toplanmasına ehtiyac var, hal-hazırda isə 23 457 dollar toplanıb.

Arzu edənlər www.gofundme.com saytından köçürmə edə bilərlər.

Smit ailəsi Duşeti rayonunun Xada dərəsi ərazisində 7 iyul tarixində ölmüş vəziyyətdə tapılıb.

1998-ci ildə anadan olmuş çoban M.K. həbs olunub. Ona qarşı iki və daha artıq şəxsi, o cümlədən həddi buluğa çatmadığı ona məlum olan şəxsi qəsdən öldürmə ittihamı irəli sürülüb.

ABŞ-ın Gürcüstandakı səfirliyindən "Marneuli" radiosuna bildirdiklərinə görə, Smit ailəsinə maddi dəstək göstərə bilmirlər və səfirliyin konsulluğu onlara təşkilati işlərdə kömək edir.

"Marneuli" Radiosu
Print