Amerika səfirliyi Smit ailəsinin qətlə yetirilmiş üzvlərinin ABŞ-a aparılması üçün maddi dəstək göstərə bilməyəcək

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi Smit ailəsinə, Rayan, Lora və 4 yaşlı övladlarının cəsədlərinin aparılması üçün maddi dəstək göstərə bilməyəcək.

Bu haqda "Marneuli" radiosuna ABŞ-nın Gürcüstandakı səfirliyindən məlumat veriblər. Səfirlikdən onu da bildiriblər ki, konsulluq onlara təşkilati işlərdə kömək edir.

Xatırladırıq ki, Smit ailəsinin cənazələrinin aparılması üçün pul toplanmağa başlanıldı.

Toplanacaq pul Smit ailəsinin Gürcüstana gəlməsi, həmçinin qətlə yetirilənlərin öz ölkələrinə aparılması və dəfn olunması xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Cəmi 30 000 ABŞ dolları toplanmasına ehtiyac var, hal-hazırda isə 23 457 dollar toplanıb.

Arzu edənlər www.gofundme.com saytından köçürmə edə bilərlər.

 

"Marneuli" Radiosu

 

Print