“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən Marneulidə baş vermiş
yol nəqliyyat hadisələri barədə məlumat tələb edib.
Məlumatda 2018-ci ilin ilk beş ayında (yanvar-may ayları) baş
vermiş qəzalar əks olunub.
Ən çox yol nəqliyyat hadisəsi Poniçala-Marneuli-Ququti yolunda baş
verib. Marneuli-Sadaxlı yolunda və şəhərin özündə də bir neçə yol
nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yol nəqliyyat
hadisələrinin səbəbləri əsasən içkili vəziyyət, qarşı hərəkət
zolağına keçmə, ötmə qaydasının pozulması, maşının texniki
nasazlığı, manevr qaydalarının pozulması, sürət həddinin aşılması
və məsafənin qorunmamasıdır.
“Marneuli” radiosu Poniçala-Marneuli yolunda baş vermiş yol
nəqliyyat hadisələri ilə bağlı Avtomobil Yolları Departamenti ilə
əlaqə saxladı. Departamentdən bildirdilər ki, onlar tərəfindən
onların səlahiyyətlərinə daxil olan bütün lazımi infrastruktur
yaradılıb. Əgər sakinlər hansısa yol nişanlarının qoyulmasını tələb
edirlərsə, bunun üçün yerli bələdiyyəyə ərizə ilə müraciət
etməlidirlər və məhz bundan sonra meriya Avtomobil Yolları
Departamentinə bu barədə məlumat verməlidir.