2018-ci il yanvar-may aylarında Marneulidə 17 nəfər zorakılıq törədən şəxsə qarşı məhdudlaşdırma orderi yazılıb

2018-ci il yanvar-may aylarında Marneuli rayon məhkəməsi tərəfindən 17 nəfər zorakılıq törədən şəxsə qarşı məhdudlaşdırma orderi yazılıb.


DİN-dən tələb olunmuş məlumata görə, 2018-ci ilin ilk 5 ayı ərzində “112” xidmətinə ailə zorakılığı/münaqişəsi barədə 147 məlumat daxil olub.

2018-ci ilin eyni zaman kəsiyində Kvemo Kartli miqyasında 396 ailə zorakılığı halı qeydə alınıb. Kvemo Kartli bu göstəriciyə görə Tbilisidən sonra ikinci yerdə durur.

Bütün Gürcüstan miqyasında 3 292 məhdudlaşdırma orderi yazılıb. Bu orderlərin tələblərinin pozulması isə 7% təşkil edir ki, bu da DİN-nin məlumatına görə, əsasən “yaxınlaşma qadağası”nın pozulmasında özünü göstərir.

Daxili İşlər Nazirliyi yüksək riskli zorakılıq hərəkətlərinə elektron biləkliklərlə nəzarət edəcək. Bu haqda nazirlik 10 iyul tarixində bəyanat verib. Elektron monitorinq sistemi bu ilin sonundan qüvvəyə minəcək.

Elektron monitorinq biləkliklərinin tətbiq olunmasının təbliğatı ilə Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası məşğul olur. GGHA-nın vəkili Qvantsa Sakanelaşvilinin “Marneuli” radiosuna bildirdiyinə görə, elektron monitorinq biləkliklərinin tətbiq olunması mühümdür, belə ki, bu gün qüvvədə olan qanunvericilik və təcrübədən irəli gələrək zorakılıq qurbanları məhdudlaşdırıcı orderin yazılmasından sonra belə özlərini müdafiə olunmuş hiss etmirlər. Zorakılıq törədən şəxs ola bilər zorakılığa məruz qalana və onun evinə elə yaxınlaşsın ki, bundan hüquq mühafizə orqanlarının xəbəri olmasın.

"Marneuli" Radiosu

 

Print