Lora Smit seksual zorakılıq qurbanı ola bilər

Ola bilsin Lora Smit seksual zorakılıq qurbanı olub. Gürcüstanın Daxili İşlər Nazirliyi məhz bu versiya üzırindı çalışır.


“Netgazetiyə” müəssisənin mətbuat xidmətindən bildirirlər ki, istintaq indi ekspertizanın cavabını gözləyir və əlavə məlumat yaymaqdan çəkinirlər.

DİN-in məlumatına görə, 2018-ci ilin 6 iyul tarixində 112-yə Amerika və Gürcüstanın ikili vətəndaşlığı olan ər-arvad və onların 4 yaşlı övladının itməsi haqqında mesaj daxil olub. Mesaja əsasən övladları ilə birgə Xadi xiyabanına övladları ilə birgə gedən Rayan və Lora Smitlərlə əlaqə yarada bilmirlərmiş.

6 iyul tarixində polislər şəlalənin yanında Lora Smitin cəsədini tapıblar. İkinci gün isə Rayan Smitin cəsədini aşkar ediblər. Həmin gün DİN-in bəyənatına əsasə, saxlanılanın qeyd etdiyinə görə polis 4 yaşlı uşağın basdırılmış cəsədini də tapıbmış.

İlk əvvəl DİN bildirirdi ki, ilkin baxışda cəsəddə zorakılıq izi qeydə alınmayıb. İstintaq ehtiyatsızlıqdan həyatını itirmək maddəsi ilə başlamışdı, ancaq tibbi ekspertizanın ilkin göstıricilərini aldıqdan sonra iş qəsdən adam öldürmı maddəsi ilə əvəz olunub.

 

Mənbə: Netgazeti

 

Print